İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda Universitetlərin əlaçı tələbələrinə “Heydər Əliyev təqaüdü” təqdim olunub   FOTO

615 29.12.2023 15:55 Mədəniyyət A A

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar  Ulu Öndər Heydər Əliyevin adına Özbəkistanda Universitetlər arasında təsis edilmiş birdəfəlik “Heydər Əliyev təqaüdü”nə layiq görülmüş əlaçı tələbələrin adları müəyyənləşdirilib.

Cari ilin 27 dekabr tarixində Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən İlin yekunları ilə əlaqədar mükafatlandırma mərasimində Özbəkistanın 7 aparıcı Universitetinin əlaçı tələbələri  mükafatlarla təltif olunub.

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbəsi Humayunbek Qoşanazarov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbəsi Muxabbatxon Erqashova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin tələbəsi Nasiba Cumayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin tələbəsi Niqora İslamova, Ürgənc Dövlət Universitetinin tələbəsi Munisa Hasanbayeva, Daşkənd Dövlət Transport Universitetinin tələbəsi Gulcahon Abdufattayeva, Termez Dövlət Universitetinin tələbəsi İzzatullabek Tolipova Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomu və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, qaliblərin müəyyənləşdirilməsi sözügedən Universitetlərin rektorlarının Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdikləri təqdimat əsasında həyata keçirilib.

Heydər Əliyev təqaüdü ilin yekunları ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində tələbələrə təqdim olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR