İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda azad Qarabağa dair fotolarından ibarət sərgi keçiriləcək FOTO

445 19.02.2024 15:57 Mədəniyyət A A

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” adlı poemanın və Özbək məşhur fotomüxbir Husniddin Atoevin Azərbaycana, Qarabağa reallaşdırılmış mediatur zamanı çəkdiyi fotolardan ibarət “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi keçiriləcəkdir. Tədbir 20 fevral tarixində  Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında keçirilicəkdir.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci ilin fevral ayında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri olmuş mərhum azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairəsi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları hazırlanmışdır. Sözügedən poemalar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılıqlı olaraq Azərbaycan və özbək dillərinə tərcümə edilərək çap edilmişdir.

“Mələklərin soyqırımı” adlı poemanın təqdimatı ilə yanaşı, Turan kitabxanasında Özbəkistanın tanınmış fotomüxbiri Hüsniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi də təqdim ediləcəkdir. Qeyd edək ki, sərgidə nümayiş olunacaq fotolar Özbəkistanlı jurnalistlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş torpaqlara təşkil edilmiş media-tur çərçivəsində Hüsniddin Atoevin çəkdiyi kadrlardır. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işləri əks olunmuşdur.

Sözügedən sərginin cari ilin fevral ayının 26-a qədər Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında sərgilənməsi nəzərdə tutulmuşdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR