İnsanlara hürriyət, millətlərə istiqlal!

PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

1493 29.06.2009 08:52 Oxucu poçtu A A
Ramil adlı tələbə səfərə normal baxdığını dedi: «Əgər Ermənistan prezidenti Sərkisyan İrana gedirsə, Şimon Peres niyə Azərbaycana gəlməsin? Azərbaycanın problemi çoxdur. İsrail kimi ölkə ilə problemimizin olması bizə uğur gətirməz».
Adının açıqlanmasını istəməyən Nəqliyyat Departamentinin müfəttişi isə Şimon Peresi Azərbaycanda görmək istəmədiyini söylədi. O hətta Ş.Peresdən sitat gətirdi: «Şimon Peres «bir ölkənin, digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmirəm» sözlərini deyib. Əgər o düzgün hesab etmirdisə, niyə Fələstini yerlə yeksan etdi? Onlar açıq-aydın müsəlman ölkələrinə meydan oxuyurlar».
Metronun «Neftçilər» stansiyasının yaxınlığında mağazaların birində tərəvəz satıcısı işləyən şəxs də (adını açıqlamadı) İsrail prezidentinin Azərbaycana gəlməsinin əleyhinə olduğunu dedi: «Çünki Azərbaycan da müsəlman ölkəsidir. Müsəlmanlara təcavüz edənlərin isə müsəlman ölkəsində yeri yoxdur».
Respondentlərdən bəziləri isə Peresi tanımadıqlarını söylədilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR