İnsanlara hürriyət, millətlərə istiqlal!

MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB

1430 11.06.2009 08:02 Oxucu poçtu A A
“Neftçilər” metrosunun yaxınlığındakı ev bazarında Yasər Həsənov adlı ev dəllalı onlarla sövdələşmə aparıb: “Yasər Həsənov bizə Hövsanda birotaqlı mənzili 23900 dollara satacağını bildirdi. Şərtə görə, 10 gün müddətinə Gəncədəki mənzilimizi satıb pulu gətirməli idik. Odur ki, ona 400 dollar beh də verdik. Yasər dedi, 10 günə biz pulu çatdırmasaq, beh batacaq. Məcbur olub evi 3 gündə ucuz qiymətə - 22 min  dollara satdıq. Pulu Yasərə gətirəndə dedi ki, behi geri qaytarıram, ev satılıb. O vaxt evlərin qiyməti birdən-birə qalxdığı üçün Yasər guya bizə kömək etmək məqsədilə dedi ki, Hövsanda torpaq sahəsi alıb ev tikdirməkdə bizə kömək edə bilər. Çarəsiz qalıb razılaşdıq. O, bizi Malik Məmmədov, Arif Babayev, Şahin Qasımov, Bəhram Fətullayev və Sevinc adlı qadınla tanış etdi. Müqavilə əsasında 1,5 sot torpaq almaq üçün Arifə 9 min dollar ödədik. Ev tikmək üçün isə Malikə 12 min dollar ödədik. 1000 dollar isə Yasər bizdən zəhməthaqqı istədi. O vaxtdan Malik gözə dəymədi. Sonra ”Mercedes"də peyda olaraq dedi ki, aldığımız torpaq sənədsiz olub, bizə başqa yerdə 3 otaqlı ev tikdirir. Həmin yerə baxdıq. Fırıldaqçılarla üzləşdiyimizi başa düşüb pulumuzu tələb etdik. Dedi ki, eviniz müqavilədə göstərildiyi kimi 40 günə hazır olacaq, ona görə də Naxçıvanski küçəsi, ev 34, mənzil 77-də 220 dollara mənzil kirayələyək, Gəncədəki ev əşyalarımızı ora daşıyaq. Belə də etdik. İki xalamın həyat yoldaşı şəhid olub, mənim atam vəfat edib. Ailə başçılarını itirmiş üç ailə fırıldaqçıların ovuna çevrildi. Sonra Gəncədəki digər həyətyanı torpaq sahəsi olan mənzilimizi 21 min dollara satdıq. 35 saylı dövlət notariat kontorunda kredit müqaviləsi əsasında pulu Malikə ödədik. Malik nəhayət, mənzilin açarını bizə verdi, lakin sən demə, o, bu mənzili 32800 dollara satıb və 21 min dollar həmin şəxsdən nağd pul alıb. Daxili İşlər Nazirliyinə müraciət etdik. 1 aydan sonra məlum oldu ki, şikayətə Suraxanı Rayon Polis İdarəsində baxılacaq. Polis təhqiqatçısı Eltun Cəfərov bizə vəd etdi ki, pulumuz qaytarılacaq. Mənzili alan Tanya adlı rus qadın isə bizə dedi ki, onda qalan 12 min 800 dollar borcu polisin iştirakı ilə Malik Məmmədova ödəyib. 7 aydan sonra Eltun Cəfərov anam Minayə Həmidovanı polis idarəsinə çağırıb pulumuzun yarı hissəsinin ödənəcəyini dedi. Anamla polis idarəsinə getdik, lakin vəkilimiz Akif Əlizadə polis idarəsinə getməkdən imtina etdi, məni və xalamı isə idarəyə buraxmadılar.
Anam ruhi xəstədir. Onun bu xəstəliyindən istifadə edib 21 min dollara qol çəkdirib, cəmi 14 min dollar pul ödəyiblər. Həmin məbləğ isə bizi mənzilindən qovan Tahir İsmayılova kirayəhaqqı kimi və kirayə qaldığımız mənzilin kommunal xərclərinə ödəndi. E.Cəfərovun da bizi aldatdığını biləndə aidiyyəti qurumlara dəfələrlə şikayət etsəm də faydası olmadı. Məcbur olub Səbayel Rayon Məhkəməsinə müraciət etdik. Hakim Famil Nəsibov bizə dəymiş ziyanın 17850 manatla ödənməsi ilə bağlı qərar verdi. Lakin Səbayel Rayon Məhkəmə Qərarları İcrası İdarəsi işi icra etmədi. Bir də xəbər tutduq ki, qarşı tərəf kimi Malik apelyasiya şikayəti verib ki, bizə dəymiş ziyanı guya ödəyib. Sonra məlum oldu ki, bizə tikilən mənzil Ermənistan köçkünü olan digər bir şəxsə də satılıb. Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı, işin icrası yenə də Əziz Hacıbalayevə həvalə olundu".
İ.İlyasovanın dediyinə görə, onlar dəfələrlə aldandıqları üçün, kirayəhaqqını ödəyə bilməyib təhqir olunduqlarına görə anası intihara cəhd edib: “Mən bu faktla bağlı da cinayət işi açılmasını tələb etdim, çünki maklerlərlə polislər əlbir olub bizi ağır faciə ilə üz-üzə qoydular. Hazırda borc-xərc içində üç ailə küçəyə atılmışıq”.
Səbayel Rayon Məhkəmə Qərarları İcrası İdarəsindən Ə.Hacıbalayevlə əlaqə saxladıq. Bildirdi ki, İ.İlyasovanın iddiası əsasında verilən məhkəmə qərarı icraya yönəldilib: “Malik Məmmədov pulu ödəməmək üçün bəhanələr gətirir, odur ki, biz işi məcburi icraya yönəltmişik. O, 400 manat pensiya alır, bu pul isə İlahə İlyasovanın hesabına qismən ödənəcək”.
İ.İlyasova isə soruşur: “Küçədə qalan şəhid ailələri, I qrup əlillər bu pensiya ilə necə dolana bilər? Qəzetiniz vasitəsilə aidiyyəti qurumlardan xahiş edirəm, bizə kömək edin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR