İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovçunu həbs etdilər və hər gün “Bembi”yə baxma cəzası verdilər

595 19.12.2018 04:37 Dünya A A

Amerikakı Deyvid Berri yüzlərlə maralı qanunsuz öldürdüyü üçün bir il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bu müddət ərzində o, ayda ən azı bir dəfə “Bembi” multfilminə baxmaq zorundadır. Berri ilə bağlı olayı Missuri ştatı tarixindəki nadir hadisələrdən biri adlandırıblar. Qeyd edilir ki, bu şəxs maralların ancaq başından istifadə edir, bədənini isə meşəyə atırmış.

Polis eyni zamanda bu şəxsin üç qohumunu və bir dostunu saxlayıb. Onlar da bu prosesdə iştirak etdikləri üçün 51 min dollar məbləğində cərimə ödəyiblər. Disney cizgi filmi olan “Bembi” 1942-ci ildə çəkilib. Cizgi film anası ovçular tərəfindən öldürülən maralın hekayəsindən bəhs edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR