İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ölkə kəşfiyyatı Bakıdan jurnalisti necə “ovladı”

4318 05.07.2016 14:57 Ölkə A A
Ukrayna Təhlükəsizlik Xidməti elan edib ki, Xarkovdan olan jurnalist və bloqqer, Ukraynanın ərazi bütövlüyünə qəsddə iştirak edən Andrey Borodavkanın zərərsizləşdirilməsi əməliyyatı başa çatdırılıb. 

Virtualaz.org xəbər verir ki, Borodavka məhkəmənin qərarı ilə Rusiyadan Azərbaycana deportasiya edilib, jurnalist Ukrayna xüsusi xidmət orqanlarından yayınmaq üçün Bakıdan Belarusa getməyə çalışıb. 

Ancaq cəhd baş tutmayıb və onu Bakıdan xüsusi xidmət orqanlarının əməkdaşlarıəlləri qandallı Kiyevə göndəriblər. Kiyevin Borispol aeroportunda Borodavkanı Ukrayna Təhlükəsizlik Xidmətininəməkdaşları qarşılayıb.

Andrey Borodavka  baş tutmayan “Xarkov Xalq Respublikası” təşəbbüsünün müəlliflərindən biridir. O, Rusiyanın Krımı ilhaq etməsini, Donbassda separatçıları dəstəkləməsini təbliğ edib, öz yazılarında Ukraynanın bölünməsinə yönəlmiş təbliğat aparıb. Borodavka Ukrayna xüsusi xidmət orqanları tərəfindən təqib olunduğuna görə Rusiyaya qaçıb və neçə vaxtdır ki, fəaliyyətini oradan davam etdirirdi.

Bəs necə olub ki, Rusiya onun Ukrayna siyasətini bu cür alovlu təbliğ edən jurnalisti həbs edib və üstəlik onun ekstradisiyasına nail olub?


Ukrayna Təhlükəsizlik Xidməti bəyan edir ki, jurnalistin öz kuratorları, yəni Rusiya xüsusi xidmət orqanları qarşısında diskreditə edilməsinə yönəlmiş əməliyyat keçirib. Əməliyyatın detalları təbii ki, açıqnamır. Ancaq bildirilir ki, bu əməliyyatın sayəsində Rusiya xüsusi xidmət orqanları Borodavkadan imtina edib və onu həbs edərək Ukraynaya deportasiya etməyə qərar veriblər.

Bəs o zaman Borodavkanın Azərbaycanda nə işi vardı və onu Rusiyadan Bakıya niyə istiqamətləndirirdilər?

Rusiyameylli digər ukraynalı bloqqer Maksim Ravreba yazıb ki, məhkəmənin qərarına əsasən Borodavka məcburən Bakıya ekstradisiya edilib. Çünki hazırda Moskva ilə Kiyev arasında birbaşa reys yoxdur. “Təyyarəyə minməzdən əvvəl Andrey mənə bildirdi ki, Bakıdan Belarusa getməyə çalışacaq. Lakin təbii ki, ona Bakıda bu imkanı verməyiblər”-bloqqer yazıb.

Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, Borodavka hazırda ifadə verir və istintaqla əməkdaşlıq edir, “separatçı hərəkatın və onun rusiyalı kuratorlarının barəsində ifşaedici məlumatlar” çatdırır. Jurnalisti Təhlükəsizlik Xidmətinin Xarkov vilayət idarəsində dindirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR