İnsanlara hürriyət, millətlərə istiqlal!

Spirtli içkilərin nağd pulla satışına icazə verildi

3950 12.01.2016 17:06 Ölkə A A

Azərbaycanın bölgələrində spirtli içkilərin nəğd şəkildə satışına qoyulan qadağa aradan götürülüb.

Musavat.com xəbər verir ki, saat 16 radələrindən etibarən mağazalarda spirtli içkilərin satışına başlanılıb. Rayon icra hakimiyyətlərindən gələn icazəyə əsasən mağazaların vitrinlərinə spirtli içkilər düzülüb. Artıq nəğd şəkildə satışına başlanılıb.

Artıq, Siyəzən, Dəvəçi, Xaçmaz, Quba, Qusar rayonlarında spirtli içkilərin satışına başlanılıb. Həmçinin Gəncə şəhərində də bu qadağa aradan götürülüb.

Lakin bu qərarın Bakıdakı mağazalara da şamil ediləcəyi dəqiq deyil. Bakıda fəaliyyət göstərən bir neçə mağazaya baş çəkdik. Mağaza əməkdaşları bildirdilər ki. bu barədə olarda məlumat yoxdur. Hazırda bakıdakı mağazalarda spirtli içkilər nağd şəkildə satılmır.

Xatırladaq ki, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” yanvarın 1-dən qüvvəyə minmişdi.
İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliyə görə, alkoqollu içkilərin plastik kart olmadan satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulurdu.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR