İnsanlara hürriyət, millətlərə istiqlal!

SINAQ VƏ QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI

106238 17.03.2012 09:25 Ölkə A A
Həmin imtahana yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilər. Sınaq imtahanları aprelin 8-dən başlayacaq. Həmin ayda ikisi əsas, ikisi təkrar olmaqla 4 sınaq imtahanı keçiriləcək. Əsas sınaq imtahanları aprelin 8-i və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da olacaq. Mayın 6-sı əsas sınaq imtahanı olacaq. Mayın 20-də keçirilən təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.
M.Abbaszadə bildirib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.
M.Abbaszadə deyib ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
2012-2013-cü tədris ili üçün magistraturaya qəbul üzrə keçiriləcək ikinci imtahanın vaxtı da açıqlanıb. Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək. İyunun 4-12-də magistraturaya proqram seçimi aparılacaq. Magistraturaya ikinci mərhələnin imtahanı keçirildikdən və bakalavrlar imtahanda topladıqları balları bildikdən sonra, iyunun 27-29-da magistraturaya ixtisas seçimi aparılacaq. M. Abbaszadə bildirib ki, mayın 30-da magistraturaya qəbul kampaniyası başa çatacaq.
TQDK sədri Təhsil Nazirliyi ilə rəhbərlik etdiyi qurumla dərsliklərlə bağlı yaranmış problemlə bağlı da danışıb. O deyib ki, TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldıracaq. Onun sözlərinə görə, bununla bağlı martın 13-də Təhsil Nazirliyi və TQDK-nın ekspertlərinin birgə iştirakı ilə birgə müzakirələr aparılıb. Müzakirələr nəticəsində “Tarix” dərsliyindəki səhvlərin aradan qaldırılması qərara alınıb: “Biz buna çox şadıq. Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq”.
TQDK sədri bildirib ki, Təhsil Nazirliyi ilə “Biologiya” dərsliyindəki səhvlərlə bağlı müzakirələr aparılır. O bu müzakirələrin nəticələrinin də uğurlu olacağına ümid etdiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR