İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda vəhşi çöl pişiyi tutuldu (VİDEO, FOTO)

2102 26.11.2014 00:19 Ölkə A A

Son vaxtlar çağrılmamış qonaqlar şimal bölgəsində sakinlərin tez-tez qonağı olur. Bu dəfə yenə Şabranda vəhşi çöl pişiyi həyətə təşrif buyuraraq onları qorxudub.

Ev sahibi Aydın Məmmədov: "İstədim cumum üstünə, cumdu üstümə, qaçdı aşağı. Aşağı qaçanda cumdum üstünə, qayıdıb üstümə cumanda taxta ilə vurdum qıçına, özümü müdafiə etmək üçün yabanı keçirdim boynuna. Mənim üstümə gəlirdi...”.

Aydın Məmmədov vəhşi çöl pişiyinin Şabran şəhərindəki 20 Yanvar küçəsinə qəfil gəldiyini, birdən onu həyətlərində gördüyünü deyir. Onun sözlərinə görə, balaca olsa da, heyvanın vəhşi olması onu narahat edib. Məhəllənin bütün sakinləri vəhşi heyvanların onların şəxsi təsərrüfatına çox ziyan vurduğunu dedilər, sən demə neçə vaxtdı həyətlərdən yoxa cıxan toyuq-cücənin qənimi də bu çöl pişiyi imiş.

“O qədər vəhşiləşiblər ki, gəlib heyvana, qoyun-quzuya cumurlar. Baxma bunların balacalığına, Quduzluq xəstəliyi belələrindən əmələ gəlir də” – deyə sakin Qulamhüseyn Məmmədzadə bildirib.

Vəhşi çöl pişiyinin taleyini həll eləmək üçün çəkiliş məkanına Ekologiya və Təbii Sərvətlər Nazırliyinin Xacmazdakı 5 saylı idarəsinin nümayəndəsini dəvət etdik. Elşən Mirzəyev bu heyvanın yaralanmış ayağını sağaltmaq üçün onu Xızıya aparacağını dedi.

Ekologiya idarəsinin əməkdaşı Elşən Mirzəyev qeyd edir ki, ondan sonra sağalandan sonra vəhşi təbiətə buraxılacaq.

Vəhşi heyvan çox çətinliklə tutularaq kisəyə, sonra avtomaşına qoyuldu.

Nümayəndə çöl pişiyini Xızının Altıağac kəndindəki vəhşi təbiətin bərpası mərkəzinə təhvil verib. Heyvanın ayağı sağalandan sonra o azadlığa buraxılacaq. /ANS TV/
















Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR