İnsanlara hürriyət, millətlərə istiqlal!

"O səs Türkiyə"-nin iştirakçısı: "Tövsiyə edirəm ki, Gökhanı seçməyin"

3452 11.01.2017 20:18 Ölkə A A

"O səs Türkiyə" müsabiqəsində "Ayrılıq" mahnısını oxuyaraq hər kəsi özünə heyran edən opera ifaçısı İlham Nəzərov növbəti tura seçilməməsindən danışıb.

Hazırda İtaliyada olan ifaçı musavat.com saytına açıqlamasında bildirib ki, müsabiqəyə qatıldığı üçün peşman deyil, lakin bir daha müsabiqədə iştirak etmək haqda düşünmür: 

"Çox şadam ki, mən "O səs Türkiyə" yarışına qatıldım. Artıq "Acun Medya" bizim yarışı uduzduğumuz barədə məlumat verdiyi üçün mən də sizlərə öz fikrimi deyə bilərəm. Mən bu yarışda dünyaca məşhur opera yarışlarında qazana bilmədiyim populyarlığı qazandım. Bu yarış sayəsində mənim sənətimi tanımayan, xəbərsiz olan minlərlə həmvətənimin, xarici vətəndaşların sevgisini qazandım. “O səs Türkiyə” layihəsinin rəhbəri Acun Ilıcalının köməkçisi olan Nazlı Sütçünün dediyi kimi juriyə olan narazılığım bu müsabiqənin şou yarışması olduğunu unutmağımdan irəli gəlir. Bir daha müsabiqəyə qatılmaq haqda düşünmürəm. Mən ciddi musiqi ilə məşğul oluram. Bu yarışdakı ifamı izləyənlərə hər şey aydın olacaq. Mən Türkiyə türklərini hər zaman sevmişəm və sevəcəyəm. Gökhanın komandasını mən seçdim. Sosial şəbəkədə yazılan kimi mənə əcəb oldu. Başıma gəldiyi üçün sizlərə bir tövsiyə verə bilərəm ki, Gökhanı seçməyin".

Qeyd edək ki, İlham Nəzərov hazırda İtalyanın antik şəhərlərindən biri olan Luccadadır. O, dünya şöhrətli bəstəkar Antonio Vivaldinin "Orlando furioso" opera tamaşasında iştirak edir. O baş rollardan biri olan Medoro obrazını canlandıracaq. 


Könül İbrahim
Musavat.com 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR