İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə DSMF-nin xeyrinə çıxarılan qətnaməni ləğv edib

1031 26.05.2016 23:25 Ölkə A A
Bakı Apellyasiya Məhkəməsində “Naftalan Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamentinə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin DSMF-nin departamentinin xeyrinə çıxardığı qətnamə ləğv edilib, iddia baxılmamış saxlanıb.

Qeyd edək ki, DSMF-nin departamenti “Naftalan Sağlamlıq Mərkəzi” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən DSMF-nin departamenti borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR