İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebooku futbol çempionatı necə “əsir aldı”?

1471 17.06.2014 18:15 Ölkə A A

“Yeni Müsavat” da ənənəvi olaraq bir facebook gəzişməsi etdi. Öyrənmək istədik ki, yayın bu qızmar günlərində kimin beynindən, ürəyindən nə keçir? Necə deyərlər, kim kiminlə dalaşır, atışır? Açığı bir neçə günlük müşahidələrimizin nəticəsində öyrəndik ki, Avropa çevpionatının davam etdiyi bu günlərdə facebookda nisbətən susqunluqdur. Daha dəqiq desək. Futbol sosial şəbəkəni əsir alıb. İnsanların daha çox “qoooollll”, “filan komanda uddu, qonaqlıq verirəm”, “bəhmən komanda uduzdu, azarkeşlərə başsağlığı” tipli statusları diqqət çəkir. Amma şairin sözlərini improvizə etsək, biz öz yerimizdə dayanmışıq, futbol bizə sarı gəlir... Bunun xaricində facebookun gündəliyində baş verənləri toparladıq. 


Başlayaq siyasətçilərdən. Müsavat başqanı İsa Qəmbərin son statusu  14 iyun tarixində yazılıb. Ondan sonra başqanın səhifəsində xeyli yazılar paylaşılıb, bir neçə statusa da “tag” edilib. İsa bəyin 14 iyun tarixli statusu aşağıdakı kimidir: lqar Məmmədovun 44 yaşı tamam olur, yubiley kimi bir şeydir. İlqar bəyi təbrik edirəm və azadlqıq arzulayıram!
p.s. Bu ilki futbol çempionatı elə alınıb ki, azadlıq və ləyaqət uğrunda mübarizə aparmağa, siyasi məhbusları müdafiə etməyə qətiyyən mane olmur. Çünki oyunlar gecə başlayır. Gündüzlər tam qüvvə ilə dünyanı xilas etməyə çalışmaq, gecələr isə rahat şəkildə futbola baxmaq mümkündür. İlk oyunlardan göründü ki, çox maraqlı olacaq:)
 

“Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyəsən jurnalislərin əlindən bezardır. Ekspertin son statuslarından biri belədir: “Bir gün siyasilər arasında "Dombalaq aşa bilirsinizmi?" mövzusunda sorğunun nəticələrini görsəniz, təəccüblənməyin. Buna yaxın sualı bu gün artıq mənə veriblər”. Ə.Oruclunun sanki bu statusunu açan bir başqa statusunda isə belə deyilir: “Sosial şəbəkələr bəzən insanları elə "böyüdür" ki, realda onları həqiqi "ölçülərində" görəndə təəccüblənməmək olmur”.


“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın statusu isə günün daha bir aktual mövzusuna  - teejurnalist Mirşahin Ağayevin şair Aqşindən aldığı müsahibəyə həsr olunub: “O qədər söyüş, qarğış oxudum ki, dedim baxım görüm Mirşahinnən Aqşinin söhbətinə nə olub axı????? Bu qədər önyarğılı olmayın, insanlar!!!! Normal söhbət və normal müsahibə....” 

Xatırladaq ki, son iki gündə jurnalist və gənc yazarlar daha çox bu müsahibə ilə bağlı fikirlər paylaşır, polemikalara qoşulurlar. 


ABU-nun sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev isə müxtəlif saytların yazılarını paylaşmaqda davam edir. Yazılar daha çox onun bir neçə ay öncə verdiyi müsahibə və ya insan oğurluğu ilə bağlı hansısa materialdan ibarət olur. E.Abdullayevin son paylaşdığı fotolardan biri isə “Qurdlar Vadisi” serialının baş qəhrəmanı Polad Alemdarın fotosudur. 


Facebookun aktivlərindən olan “Yeni Müsavat”ın yazarı Zamin Hacı isə statusunda İŞİD probleminə sarkastik yanaşıb: “Problemin həlli yolu

O İŞİD-di nədi var ha, onları gətirib bircə ay Azərbaycanda saxlamaq lazımdır. Sonra cənab prizdentin daxili və xarici siyasətini dəstəkləyib "Biz Azərbaycanda dini tolerantlıq gördük" deyib qəbristanlıqda on dəqiqəsi iki manatdan yasin oxumasalar mən heç zad qanmıram”.


“Təmiz Dünya” mərkəzinin rəhbəri Mehriban Zeynalova müstəqillikdən yazıb: “Bu ölkədə neynirsiz edin, müstəqil olmayın.... Çünki heç bir tərəf müstəqil olanı sevmir...” 


Teleaparıcı Nəsimi Nəbizadənin gündəmində futbol var: Nigeriya şiə İranı ilə ağıllı futbol oynadı... qara və yaşıl rənglərlə...” 


Həmid Herisçi orijinal fikirləri ilə diqqət çəkir: “Allahım, göydən sürətlə ayrılaraq evimizə, eyvanımıza girib çıxan qaranquşların həyəcanı, səsi nə qədər gözəl, mənalı, dolğun, tam, xoşbəxtlik vəd edəndir. Şükür...şükür...şükür...

Bu kiçik an bizə bəs edir ki, həyatın bütün gözəlliyini dərk edək...”


Tanınmış telejurnalist İlqar Əlfioğlu üçün də futbol ön plandadır: “İndi İrana "balet" eləyəcəm - yeddi-səkkiz azərbaycanlı oyunçusu var əsas heyətdə. Dünya Çempionatında özümüzünkülərə azarkeşlik eləməyin yeganə variantıdı, əldən buraxmayaq!
Həm də 1978-ci ildə İranın gənclər yığmasının tərkibində "Xəzər" Sumqayıta qarşı yoldaşlıq oyununda 25 dəqiqə İran heyətində oynamışam...(Tərcüməçiləri idim...)”


REAL”ın icraçı katibi Natiq Cəfərli Türkiyənin siyasi gündəmindən yazıb: “Dünən türkiyə müxalifəti maraqlı bir qərar verdilər, vahid namizəd açıqladılar - Ekmaladdin İhsanoğlu. O Misirdə doğulub, CHP və MHP-dən olan tanışlarıma yazdım ki, bir yoxlasınlar, birdən onun da Türkiyə vətəndaşlığı pasportu olmaz, orada da biyabırçılıq baş verər...

P.S. Düzgün qərar oldu, bizi çox gərgin, maraqlı seçkilər gözləyir...” 

Hazırladı: Sevinc Telmanqızı  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR