İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ilə evlənən Azərbaycan təmsilçisinin keçmiş xanımından ilginc açıqlama - FOTOLAR

4780 24.01.2017 09:33 Ölkə A A

İstiPress-in yayılan xəbərlərlə bağlı bu və ya digər suallarını Səttar Seviginin keçmiş xanımı Əfsanə Sevigin cavablandırıb.

- Salam Əfsanə Xanım. Bu gun KİV-də həyat yoldaşınızın sizdən ayrılması və erməni qızla evlənməsi barədə xəbər yayıldı. İstəyərdik sizin də bu məsələyə mövqeyinizi öyrənək. Siz doğurdanmı Səttar bəylə məhz bu səbəbdən ayrılmısınız? Yazılanlar nə dərəcədə həqiqəti əks etdirir?

- Salamlar və saygılar. Mən indi də yaşadığım yerdə İsvecdəyəm. Dövlət işində işləyirəm. Başım uca, alnım açıq gözəl bir şəkildə türklüyümü və ölkəmi təmsil edirəm. Səttarla biz yollarımızı ayırmışıq.

- Xəbərlə bağlı nə deyə bilərsiniz? Səttar bəy erməni xanimla evlənib?

- Mən Səttarla adımın bir yerdə gəlməsini istəmirəm. Hər kəs özünə yaraşanı edər.

- Siz nə vaxt ayrılmısınız, Əfsanə xanım?

- Rica etsəm bu haqda məndən soruşmayınız. Öz haqqımda sizə bilgi verə bilərəm. 

- Nə vaxt ayrılmısınız? 

- Biz Səttarla daha ilk gəncliyimizdə evləndik. O da, mən də çox gənc idik. Zamanı gəldi bəzi səbəblərdən dolayı yolumuzu ayırdıq. Evliliyimiz 30 il sürdü. 

- Əfsanə xanım, bir şey də diqqətimi çəkdi. Hələ də Sevigin soyadını daşıyırsınız. Səbəb?

- Sevigin Səttarın soyadı deyildir. Biz uşaqlarla birgə türkcə bir soyadı almağa qərar vermişdik və Sevigin soyadını birlikdə seçmişdik. Bu soyadın Səttarla heç bir ilgisi ve bağlılığı yoxdur. Biz özümüz seçdiyimiz soyadını daşımağa davam edəcəyik. Səttar istədiyi zaman keçmiş soyadını daşıya bilər.

- Bəs nə vaxtdan rəsmi ayrılmısınız ?

- Çox yeni.

Xatırladaq ki, bu gün Azərbaycanını İsveçdəki Diasporasının rəhbəri Səttar Seviginin öz xanımıdan ayrılaraq erməni qadınla evlənməsi barədə xəbərlər yayıldı. Məsələ ilə bağlı diaspor rəhbərinin mövqeyini öyrənməyə çalışsaq da, O, telefon zənglərimizə və yazılı müraciətimizə cavab vermədi. 







Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR