İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏLİ HƏSƏNOVUN KÜRƏKƏNİ DÖYÜLDÜ

11261 04.02.2012 09:59 Ölkə A A
Hadisə şahidləri bildirir ki, qaçqın qadınlar E.İsmayılova lomla zərbələr endiriblər. Yalnız polisin müdaxiləsindən sonra departament rəisini qadınların əlindən almaq mümkün olub.
Qeyd edək ki, Goranboy rayonunda məcburi köçkünlər üçün yeni çoxmərtəbəli bina inşa edilib. Müvəqqəti olaraq Naftalan sanatoriyasında məskunlaşan Xocalı, Kəlbəcər, Laçın, Şuşa və Ağdamdan olan məcburi köçkünlərin Goranboyda salınmış yeni qəsəbəyə köçürülməsi planlaşdırılır. Bununla belə, ətraf rayonlarda məskunlaşan məcburi köçkünlər də mənzil dalınca Naftalana gediblər. Soyuq havada günlərlə açıq havada növbə çəkən məcburi köçkünlər ancaq seçilmiş insanların qəbula düşdüyünün şahidi olublar. E.İsmayılovun etiraz edənləri təhqir etməsi isə onsuz da əsəbləri tarıma çəkilmiş məcburi köçkünlərin səbrini daşdırıb.
Redaksiyamıza bu barədə məlumat verən mənbə deyir ki, E.İsmayılov əvvəlcədən müəyyən edilən şəxsləri qəbul edirmiş. Deyilənə görə, qaçqınlar üçün nəzərdə tutulan yeni mənzil üçün isə onlardan minimum 2000 manat “şirinlik” istənilir.
Qeyd edək ki, Elman İsmayılov “Qaçqınkom”un sədri Əli Həsənovun kürəkənidir. E.İsmayılovun döyülməsi isə birinci hadisə deyil. O, iki il öncə Ağdamda da məcburi köçkünlər üçün nəzərdə tutulan qəsəbədə evlər paylanarkən Nübar adlı bir qadının hücumuna məruz qalmışdı. Qadın çantasına qoyduğu daşla E.İsmayılovun başını yarmışdı. Qadın həbs olunsa da E.İsmayılov sonradan şikayətini geri götürmüş, nəticədə olay ört-basdır edilmişdi.
E.İsmayılovun döyülməsi faktı ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. Komitə rəsmisi döyülmə faktının həqiqətəuyğun olmadığını desə də E.İsmayılovun hazırda Naftalanda olduğunu təsdiqlədi: “Bu, qərəzli məlumatdır. Naftalanda komissiya işləyir. Naftalan kurortunda məskunlaşan məcburi köçkünlər Goranboyda salınan yeni qəsəbəyə köçürülür. İndiyə qədər məcburi köçkünlər üçün 70 yeni qəsəbə salınıb. 22 min ailə yeni mənzillərə köçürülüb. Köçürmə komissiyasının bu sahədə çoxillik təcrübəsi var. 2011-ci il, fevralın 11-də Goranboyda 165 ailə üçün nəzərdə tutulan üç beşmərtəbəli binanın açılışı olmuşdu. Həmin mənzillərə məcburi köçkün ailələri yerləşdirilib. Goranboyda tikilən və bu il yanvarın 21-də açılışı olan, sizin də dediyiniz doqquz mərtəbədən ibarət yaşayış kompleksi 525 ailə üçün nəzərdə tutulub. Həmin mənzillərin veriləcəyi ailələr də müəyyənləşdirilib. Köçürmə üçün də şərait yaradılır”.
E.İsmayılovun özünün də məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR