İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyrək köçürülən aktyordan xəbər var

1624 11.01.2017 23:00 Ölkə A A

Bu gün böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub.  

Musavat.com xəbər verir ki, teatrın mətbuat katibi Həmidə Rüstəmova sosial şəbəkədə aktyorun durumu barədə məlumat verib. O bildirib ki, R. Rəhimovun əməliyyatı uğurlu keçib: 

"Bu gün teatrımızın sevilən aktyoru Rəhim Rəhimova Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülməsi əməliyyatı olundu. Əməliyyat uğurla baş tutub. Həm aktyorun, həm donorun durumu stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi müvafiq şöbəsi teatr rəhbərliyi ilə laqə saxlayıb.  Hazırda da teatrın rəhbərliyi və bir neçə əməkdaşı xəstəxanada Rəhmin yanındadır. Aktyorumuza daim maddi və mənəvi dəstək olan hər kəsə, məsələni gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik".

Qeyd edək ki, aktyor xəstəliyini açıqladıqdan sonra Heydər Əliyev Fondu onun  əməliyyat və müalicə xərclərini öz üzərinə götürmüşdü.

Könül İbrahim 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR