İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞ PROKUROR OLMAQ İSTƏYƏN PROKURORU NECƏ VURDULAR?

4799 04.02.2009 08:27 Ölkə A A
Bu mövzu ilə bağlı ötən həftə bir sıra maraqlı məlumatlar açıqlamışdıq. Həmin yazıdan sonra redaksiyamıza bir sıra istiqamətlərdən maraqlı xəbərlər daxil olmaqdadır. Mənbələrimizdən birinin dediyinə görə, bu məsələlərin arxasında pərdəarxası siyasi maraqlar dayanıb. İddialara görə, M.Nağıyevin həbsi ilə Ə.Mirsalamlının oğlu Mahir Mirsalamlının, sabiq Əzizbəyov rayon prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənovun həbsi arasında dolayısı ilə əlaqə var: “Hələ Ədalət Mirsalamlı Bakı şəhər prokuroru vəzifəsində çalışarkən hazırkı baş prokurorun təmsil olunduğu qruplaşmaya xəbər ötürülüb ki, onu (Ə.Mirsalamlını-red.) baş prokuror vəzifəsinə gətirmək planı var. Bu məlumat dərhal yoxlanılıb və öz təsdiqini tapıb. Məlum olub ki, Ə.Mirsalamlı dar çərçivədə keçirilən məclislərdən birində özünə yaxın bildiyi şəxslərin yanında daha yüksək vəzifəyə gedəcəyi ilə bağlı fikirlər söyləyib. Bundan dərhal sonra baş prokurorun təkidi ilə onun müavinlərindən biri dəyişdirilib. Hazırda baş prokurorun köməkçisi olan Hafiz Babayev Bakı şəhər prokurorunun müavini təyin olunub. Bu təyinat şəhər prokurorluğunda qarşılıqlı ittihamlar, səs-küylü mübahisələrlə yadda qalıb. Yadınızdadırsa, Mahir Nağıyev məhkəməsində dedi ki, Ədalət Mirsalamlı ilə Hafiz Babayevin ilk gündən yola getmədiyini hamı bilirdi, hər gün aralarında qovğa olurdu. M.Nağıyevin həyat yoldaşı isə qəzetlərdən birinə açıqlamasında H.Babayevin Bakı Şəhər Prokurorluğuna müavin göndərilməsinin səbəbini izah edərkən demişdi: "O, Bakı Şəhər Prokurorluğuna aranı qatmağa göndərilmişdi, işini görəndən sonra xidmətinə görə mükafatlandırıldı, baş prokurorun köməkçisi vəzifəsinə aparıldı".
Mənbəmiz deyir ki, M.Nağıyevdən Ə.Mirsalamlının əleyhinə ifadə alıb onu ifşa etmək planının iflasından sonra daha bir plana əl atılmasının - onun oğlunun həbsə alınmasının da özəl səbəbi var. Ə.Mirsalamlı vurulsa da, onun baş prokuror təyin olunmaq şansı hələ də qalırmış. Ona görə də oğlunu narkotiklə həbsə atıb qanunla Ə.Mirsalamlının baş prokuror olmaq şansını da əlindən alıblar. Mövcud qanunvericiliyə görə, yaxın qohumları həbsdə olan şəxslər hüquq-mühafizə orqanlarında rəhbər vəzifə tuta bilməzlər.
Qaynağımızın sözlərinə görə, Rəşid Həsənovun da oğlunun həbsi Ədalət Mirsalamlı ilə eyni qruplaşmaya aid olmasına görədir: “Ədalət Mirsalamlı baş prokuror təyin ediləcəyi təqdirdə Rəşid Həsənov ona müavin göndəriləcəkdi”.
Amma bütün bunlar o demək deyil ki, həbsdəki prokuror övladları mələkdir və heç bir günahları yoxdur: “Onlara verilən ittihamlar və cinayət işindəki əksər epizodlar doğrudur. Məsələ burasındadır ki, yüksək vəzifəli məmurların bir xeylisinin övladları narkotikə aludədir və bunu hüquq-mühafizə orqanlarında hamı bilir. Lakin bu işə görə onları tutmurlar...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR