İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlanıb

862 01.12.2016 20:25 Ölkə A A
 Bakı sakininin evindən 17 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Nazim Hacıyevə məxsus fərdi yaşayış evində heç kimin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla içəri daxil olublar və oradan 17 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR