İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda problemlə üzləşən sistem əhəmiyyətli banklara kömək göstəriləcək

990 04.03.2016 13:54 Ölkə A A

Azərbaycanın bank sektorunda yaranmış problemlərin həlli məqsədi ilə yeni mexanizmin tətbiqi təklif olunur. 

“Report”un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı parlamentin bugünkü plenar iclasında çıxışında bildirib.

"Bu mexanizm 3 mühüm elementi özündə əks etdirir. Bu, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması, bankların likvidlik problemləri və ümumi sistem xarakterli risklərin həll olunmasıdır", - deyə R.Aslanlı qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə sistem əhəmiyyətli bankların meyarları müəyən olunacaq: "Bu banklar üçün xüsusi tənzimləmə mexanizmi müəyəyn olunacaq. Əgər onlar müəyyən problemlə üzləşərsə, hökumət və Mərkəzi Bankın köməyi olacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR