İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşları Liviya həbsxanasında...

1260 04.03.2016 23:45 Ölkə A A
“Xəyyam Kapitan” tankerinin heyət üzvləri olan Azərbaycan vətəndaşları qaçaqmalçılıq ittihamı ilə Liviyada həbs edilib və hazırda Tripoli həbsxanasında saxlanılır. Virtualaz.org xəbər verir ki, bu haqda tankerin heyət üzvü olan ukraynalı qadın məlumat verib. Liviya hakimiyyəti heyətin yeganə qadın üzvünü “humanizm” nümayiş etdirərək azad edib. Ukrayna XİN-in müdaxiləsi ilə tankerin qadın heyət üzvü vətənə qayıdıb.

Xəbər verdiyimiz kimi tanker Türkiyənin “Saygi Denizcilik ve Elektrik” şirkətinə məxsusdur, Sierra-Leone bayrağı altında üzür və fevralın 13-də Tripoli limanından yola çıxaraq Maltaya istiqamət alıb. Lakin Liviyanın sahil mühafizə qüvvələri tankeri qaçaq yanacaq daşıdığı üçün saxlayıb. 12 heyət üzvü saxlanılıb. Onlar Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşlarıdır. Tanker 1.6 milyon ton yanacaq daşıyırdı. Yükün hansı şirkətə məxsus olduğu məlum deyil. Hazırda Liviyanın əsas neft limanlarına ayrı-ayrı silahlı qruplaşmalar nəzarət edir və onların biri digərini tez-tez qaçaqmalçılıqda günahlandırır.

Tankerin azərbaycanlı heyət üzvlərinin adları məlum deyil. Və belə görünür ki, onların taleyi ilə maraqlanan da yoxdur. Azərbaycandan fərqli olaraq Ukrayna XİN bu ölkə vətəndaşlarını Liviyada vəkillə təmin edib. Ukrayna XİN-in konsul xidməti Departamenti bildirir ki, diplomatlar heyət üzvləri arasında vətəndaşları olan ölkələrin səfirliklərinin nümayəndələri ilə də koordinasiya yaradır. Azərbaycan XİN-in Liviyada həbs edilən vətəndaşlarımızla bağlı hansı tədbirlər gördüyü məlum deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR