İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada balıq tutarkən elektrik cərəyanı vuran şəxs ölüb

889 05.11.2016 20:18 Ölkə A A
Ötən gün Astara rayonunun Şiyəkəran kəndində nohurdan balıq tutarkən elektrik enerjisi vuran şəxs Bakıdakı klinikalardan birində dünyasını dəyişib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, kənd sakini 49 yaşlı Rahim Baladadaş oğlu İmanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Bakı şəhərinə göndərilib. Göstərilən yardımlara baxmayaraq R.İmanov klinikada dünyasını dəyişib. Mərhumun meyiti Astaraya gətirilib, bu gün dəfn olunacaq.
Xatırladaq ki, R.İmanov əlindəki qırmaqla nohurdan balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan su hövzəsinin yaxınlığında, yerdən bir neçə metr aralı olan yüksək gərginlikli elektrik xəttinə toxunub. Qırmağın yüksək cərəyanı onun bədəninə ötürməsi nəticəsində R.İmanov yanıq xəsarətləri alıb.

Faktla baölı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR