İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti sosial jurnalistika təlimi keçirilib FOTO

663 22.12.2023 16:50 Media A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən növbəti sosial jurnalistika təlimi keçirilib.

Musavat.com xəbər verir ki, Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində təşkil edilən iki günlük təlimdə 10 media qurumundan jurnalistlər iştirak edib.

Təlimdə Nazirlik sistemində çalışan əməkdaşlar tərəfindən media işçilərinə son illər sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumatlar verilib. Sosial təminatın gücləndirilməsi, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan nailiyyətlər, sahəvi terminologiyaya dair məlumatlar diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Təlim mövzularının iştirakçılar tərəfindən necə mənimsənildiyini müəyyən etmək üçün "workshop" keçirilib, həmin mövzularda press-relizlər hazırlanıb.

Təlimin məqsədi media nümayəndələrinin sosial müdafiə sahəsinə dair məlumatlılıq və bu sahə üzrə mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması olub.

Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR