İnsanlara hürriyət, millətlərə istiqlal!

Pünhan Azim: Meyxananı bayağı deyişmədən uzaqlaşdırmalıyıq - VİDEO

633 07.05.2024 00:41 Şou-biznes A A

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı meyxana ustası Pünhan Azim olub.

Bu sənətin ona ustadlar, dostlar qazandırdığını deyən Pünhan Azim özünün meyxanaya qatdığı dəyərdən danışıb:

“Meyxananın bir dövrü var idi ki, bayağı deyiləndə daha çox xoşa gəlirdi. Həmin vaxtlar bəzi adamlarla oturub bayağı yox, mühüm məsələlər haqqında meyxana deməyə çalışırdıq”.

P.Azim ondan bəhrələnənlərin meyxanaçının adını heç bir yerdə çəkməməsinə də münasibət bildirib:

“Mən hər dəfə vəfasızlıq görəndə şikayətlənməkdənsə, özümün vəfasızlıq etdiklərim haqqında düşünürəm. Belə şeyləri görəndə özümdə nəyi isə düzəltməyə çalışıram”.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR