İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami rayonunda su çənləri sökülür: “Yeni liftlər quraşdırılacaq” - REPORTAJ, VİDEO, FOTOLAR

4638 13.12.2018 18:51 Reportaj A A

 

Nizami rayonunda yaşayış binalarının damındakı su çənləri sökülür. Bu işlərə Qara Qarayev prospekti, R.Rüstəmov küçəsindən başlanılıb. Məsələ ilə bağlı musavat.com-un müxbiri həmin əraziyə yollanıb, su çənlərinin sökülməsinin səbəblərini öyrənib.

Bu gün səhər saatlarından Nizami Rayon İcra Hakimiyyətinin göstərişi ilə işlərə başlanılıb. Məqsəd, doqquzmərtəbəli binaların damındakı su çənlərini götürərək, köhnə liftlərin yerində yenilərini quraşdırmaqdır.

Musavat.com-a danışan 50 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Zülfüqar Heydərov çənlərin sökülməsinə aydınlıq gətirib: “Ölkə başçısının sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən doqquzmərtəbəli binalara ayrılmış yeni liftlərin yerləşdirilməsi üçün tədbirlər həyata keçirilir. Onlardan biri də liftlərin üzərində olan çənlər sökülməsidir. Həmin çənlərin əksəriyyəti sıradan çıxdığından su liftlərin üzərinə sızaraq motorlarını sıradan çıxarırdı. Çənlər götürüldükdən sonra liftlərin yerləşdiyi hissədən binaların damı da təmir ediləcək ki, yağış suları motorları sıradan çıxarmasın. Bu çənlər götürülməzsə, heç bir iş aparmaq mümkün olmayacaq”.

Z.Heydərov onu da bildirdi ki, 24 saat su ilə təmin olunmayan binalarda çənlər sökülməyəcək: "Nizami rayonunda demək olar ki, binaların 70-80 faizi 24 saat fasiləsiz su ilə təchiz olunur. Bu səbəbdən də həmin binaların damındakı su çənləri götürüləcək. Bununla yanaşı, hansı binalarda dam örtüyü sıradan çıxıbsa, yenilənəcək. Gələcəkdə bu da nəzərdə tutulub”.

Qeyd edək ki, Bakının digər rayonlarında da su çənlərinin sökülməsi ilə bağlı işlər aparılır.

Məğrur MƏRD,
Musavat.com,
Fotolar və video müəllifindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR