İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahunun oğlu polisə çağırıldı

1074 17.01.2017 18:23 Son xəbər A A
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu polis tərəfindən dindirilib.

Axar.az xəbər verir ki, bu haqda məlumatı İsrailin “Haaretz” nəşri yayıb.

Verilən məlumata görə, Yair Netanyahu avstraliyalı milyarder Ceyms Pakerdən hədiyyələr alıb-almadığı haqda sorğu-suala çəkilib.

Buna səbəb baş nazirin oğlunun bir müddət əvvəl Pakerin Tel-Əvivdəki evində qalması, onun şəxsi təyyarəsi ilə uçuşlar etməsi, Nyu-Yorkdakı otellərdə milyarderin hesabına qalması olub.

Bu hadisədən sonra İsrailin keçmiş XİN rəhbəri Tsipi Livni Netanyahunu vəzifəsindən sui-istifadə edərək öz şəxsi maraqlarına görə fəaliyyət göstərməkdə ittiham edib və istefasını tələb edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR