İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkokuryerlərdən 4 kq heroin və "patı" aşkarlandı -VİDEO

616 02.04.2024 17:15 Kriminal A A

Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdə 4 kiloqram heroin və metamfetamin aşkar olunub.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar. Baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR