İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə olmadı: vaxtı dəyişdilər, yoxsa...

1150 19.02.2022 11:21 Yazarlar A A

Hətta dəqiq vaxtı da xəbər vermişdilər: Britaniya KİV-lərinin məlumatlarına görə, müharibə fevralın 16-da səhər saat beşdə olmalı idi.

Amma bu xəbərlər təsdiqlənmədi. Rusiya mənbələri, əksinə, xəbər verdilər ki, guya onlar qoşunlarını Ukrayna sərhədlərindən geri çəkməyə başlayıblar. Bu məlumat da təsdiqlənmədi: Ukrayna mənbələrinə görə, söhbət qoşunların kiçik rotasiyasından gedir, belədə isə, 150 min nəfərlik Rusiya qoşunu sərhəddə qalmaqda davam edir.

Beləliklə, “Nə sülh, nə də müharibə!” mərhələsi davam etməkdədir. Bu düyün necə açılacaq, bunu hələ heç kim bilmir. Güman ki, belə vəziyyət Moskvanı qane edir.

9142c88c633437423e32fb7c190420a3.jpg (76 KB)

Məsələ onda deyil ki, Kremldə dünya siyasətinin mərkəzində olmağı sevirlər. Məsələ ondadır ki, belə gərgin vaxtda heç kim NATO-nun genişlənməsi haqqında düşünmür və bu da Moskvanı tam qane edir.
Amma əsəb müharibəsi də qəliz məsələdir. Biz tələbə olarkən Afrikadakı bir fransız legionu haqqında film vardı: hər gün həyəcan siqnalı çalınır, əsgər və zabitlər yerlərini tuturlar, di gəl, müharibə başlamır ki, başlamır.

Beləcə, bir neçə ay davam edir və psixoloji gərginlik son həddə çatır. Axır ki, bir gün müharibə başlayır və əsgər və zabitlər bu xəbəri böyük sevinc və coşqu ilə qarşılayır...

Ukrayna da belə bir gərgin vəziyyətdədir. Güman etmək olardı ki, onun vətəndaşları yeni həyat qurmaq üçün çalışacaqlar.

Amma bunun əvəzində onlar müqavimət dəstələrinə yazılırlar ki, vətənlərini qorusunlar.

Rusiya üçün də asan deyil. Moskvada özlərini Qərbdən necə qoruyacaqlarının yolunu tapdıqlarını güman edirdilər - bəli, onlar dəfələrlə silahlanma yarışına qatılmayacaqlarını, hər hansı müharibəyə qoşulmayacaqlarını demişdilər.

55.jpg (10 KB)

Amma demək asandır! Moskva özü də hiss etmədən Ukrayna böhranına cəlb olundu, daha doğrusu, bu böhranı başlatdı. Yüz minlərlə əsgər və zabitin yerdəyişməsi, onların təzədən silahlandırılması – məgər bunlar yeni silahlanma yarışı deyilmi?

İndi prosesin sonunu söyləmək çox çətindir. Böyük ehtimalla konflikt uzanacaq. Bir daha qeyd edək ki, Moskva üçün vacib olan NATO-nun Şərqə doğru genişlənməsini dayandırmaqdır. Onlar faktiki olaraq buna nail olublar – proses tormozlanıb.

nato-rus.jpg (76 KB)

Bu, Moskvanın gözlədiyi cavab deyil. Hər şey daha mürəkkəbdır. Brüssel Moskvanın ondan gözlədiyi cavabı verməyə tələsmir. Kreml özünü elə aparır ki, sanki doxsanıncı illərdə NATO üzvləri onları aldadıblarmış. Amma böyük siyasətdə şifahi vədlər olmur – prinsipcə, Moskva Brüssellə saziş imzalamalı idi. Amma o vaxt hər şey tərsinə oldu, “Sülh naminə tərəfdaşlıq” proqramı meydana çıxdı və o, NATO-nun iddia etdiyi coğrafiyanı diqqətə gətirdi.

Ona görə də Rusiya incik qadın pozası tutmamalıdır. Hər şey daha asandır; qalibləri mühakimə və tərksilah etmirlər. Hamıya aydın idi ki, post-sosialist ölkələri və post-sovet dövlətlərinin bir hissəsi NATO-ya qəbul olunacaq və belə də oldu...

Ona görə də Rusiya qətiyyən aldadılmamışdı, sadəcə, onda onun bu proseslərə ciddi müqavimət göstərmək imkanı yox idi...

P.S. ABŞ prezidenti Bayden Rusiyanın Ukraynaya hücum etmək niyyətininə dair yeni vaxt verib - gələn həftə...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR