İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibə başlasa və ordunun başında Paşinyan dayansa, vay bizim halımıza...” - Armen Aşotyan

2494 02.12.2018 13:12 Region A A

“Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımır. Onun qədər Azərbaycan təbliğatçılarına yardım edən heç bir Ermənistan lideri olmayıb. Azərbaycan mətbuatında yazılanlara baxın. Görün, baş nazir haqqında nələr yazırlar”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri, keçmiş təhsil naziri, hazırda isə Serj Sərkisyanın Ermənistan Respublika Partiyasının (ERP) liderlərindən Armen Aşotyan jurnalistlər qarşısında keçirdiyi brifinqdə söyləyib.

Aşotyan Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin gedişindən və Ermənistanın indiki hakimiyyətinin hərəkətlərindən olduqca qəzəbli və narahat olduqlarını dilə gətirib: “Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Onlar Qarabağda güddükləri başqa məqsədlərə işi yerli hakimiyyətin (oyuncaq qondarma rejimin) üzərinə yıxaraq nail olmaq istəyirlər”.

Jurnalistlər Aşotyandan Paşinyanın “keçmiş iqtidarın ordunu talan etməsi” ilə bağlı sözlərinə reaksiyasını öyrənmək istəyiblər.

“Paşinyanın nə Qarabağ, nə də ordu haqqında dnaışmağa heç bir mənəvi haqqı yoxdur. Əgər müharibə vəziyyəti yaransa və ordumuzun başında Nikol Paşinyan dayansa, o zaman vay bizim halımıza...”, - deyə Armen Aşotyan cavab verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR