İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib - FOTOLAR

1183 03.07.2018 18:11 Son xəbər A A

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri hazırkı dövrdə belə təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıq və göstərişlər verib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR