İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova prokurorluğu Qaqauz muxtariyyətinin rusiyapərəst rəhbərini məhkəməyə verir

581 24.04.2024 22:05 Dünya A A

Moldovada Qaqauziya muxtar vilayətinin rusiyapərəst lideri Yevgeniya Qutsul məhkəməyə cəlb olunur.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Qutsula qarşı cinayət işi artıq məhkəməyə göndərilib.

Rusiyayönlü müxalifət partiyası ŞOR-un nümayəndəsi olan Qutsulun siyasi səhnəyə gəlişi qəfil olub: o, keçən il seçkilərdə qalib gəlib. Moldova prokurorluğu onu 2019-2022-ci illərdə Moldovada bu yaxınlarda qadağan edilmiş ŞOR partiyasını maliyyələşdirmək üçün Rusiyadan vəsait almaqda ittiham edir: “Qutsul... əsasən Rusiya Federasiyasından mütəşəkkil cinayətkar qrupdan əldə etdiyi uçota alınmamış maliyyə aktivlərinin Moldova Respublikasına sistemli şəkildə daxil olmasında fəal iştirak edib”.

Kəskin rusiyayönlü fikirləri ilə tanınan və Moskva ilə yaxınlaşmağa çağıran Qutsulun özü Telegram kanalında verdiyi açıqlamada işi uydurma adlandırıb: "Yalnız şantaj və təhdidlərə qadir olan hakimiyyət real hərəkətlərdən o qədər qorxur ki, işi vədlərlə məhdudlaşmayan hər kəsi dərhal təqib edirlər".

Reuters bildirir ki, günahı sübuta yetirilərsə, Qutsulu dövlət vəzifəsində işləmək qadağası ilə 2 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, fevralın sonunda Dnestryanı Moldovadan "qorunmaq" üçün Rusiyaya müraciət edib. Özünü “respublika” elan edən separatçı bölgə Moldovanı iqtisadi blokadada və əhalinin soyqırımında ittiham edib.

Bundan bir həftə sonra Moldovanın cənubundakı kiçik muxtar bölgə olan Qaqauziyanın lideri Vladimir Putinin yanında peyda olub. Rusiya prezidenti Qutsula “beynəlxalq arenada qanuni hüquqlarınnnnnızı, səlahiyyətlərinizi və mövqelərinizi müdafiə etməkdə” kömək vəd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR