İnsanlara hürriyət, millətlərə istiqlal!

Modelyer məhkəmədə ifadə verdi: "Binanı 4 milyona satacaqdılar"

932 12.12.2018 20:15 Kriminal A A

Modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq işinə görə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, bu hadisəni təqsirləndirilən şəxslər, Leyla Əhmədovanın işlətdiyi obyektin sahibləri Tofiq Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun törətdiyi məlum olub. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Elan olunmuş ittihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş Leyla Əhmədova məhkəmədə ifadə verib. O, deyib ki, təqsirləndirilən şəxs Nizami Ağayev makler kimi ona ev tapmaq istəyib, tanışlıqları da belə yaranıb: "Dəfələrlə müxtəlif evlərə getmişik, baxmışam, bəyənmişəm. Nizami müəllimin nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı 4 milyon manata satacağını deyirdi. Binada 4 mərtəbəni 24 min manata icarəyə götürdük. Nizami Ağayev icrarəyə verdiyi yeri təmir etdirəcəyini desə də sonradan sözünə əməl etmədi. Mən təmirə 1 milyon 100 min manat pul xərcləmişəm. Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Amma 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın 3-cü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondinsioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın 2-ci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.

Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylığı 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR