İnsanlara hürriyət, millətlərə istiqlal!

MANSHET

473 24.10.2012 07:44 Mətbuat bugün A A
Elnur MəcidliR.Nağıyev E.Abdullayevin Avropa Məhkəməsinə fırıldaqla ərizə verdiyini desə də, bunun təfərrüatlarını gələcəkdə bölüşəcəyini vurğulayıb. Xatırladaq ki, müsahibənin davamı da var və bu gün onun yayımlanacağı gözlənilir.
E.Abdullayevin işi ilə bağlı araşdırma aparan jurnalist, hazırda Fransada mühacir həyatı yaşayan blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında müsahibədəki iddiaları qeyri-ciddi adlandırdı. Onun sözlərinə görə, R.Nağıyevlə E.Abdullayev arasında 8-10 aydır ki, hər hansı münasibət, əlaqə yoxdur: “Çünki o, qeyri-ciddi adamdır. Elşad müəllim onun fikirlərinə etibar etmir. Bu, birinci məsələdir. Digər tərəfdən, orada Elşad müəllimlə onun arasında anlaşılmazlıqlar oldu. Ona görə də biz onun dediklərinə qeyri-ciddi yanaşırıq. Onun fikirləri sırf şəxsi qərəzlikdən irəli gəlir”.
Eynulla FətullayevMüsahibimiz sonda dedi ki, E.Abdullayevin işi ilə özü və hüquq müdafiəçisi Eynulla Fətullayev məşğul olur: “Qalanlarına etibar etməyin”.
Bu arada R.Nağıyev də məlum müsahibəsində E.Abdullayevin onu qeyri-ciddi adam hesab etməsi ilə bağlı dediklərinə rəy öyrənib. (Bu, müsahibənin suallarından biri olub. Çünki E.Abdullayev daha öncə də R.Nağıyevi qeyri-ciddi adam hesab etdiyini deyibmiş-müəl.) R.Nağiyev də buna istehza ilə belə cavab verib: “ Bəlkə də o, düz edib məni qeyri-ciddi hesab edir. Hansı ”ciddi" adam öz işlərini atıb 4-5 ay ərzində tanımadığı Elşad Abdullayevin işləri ilə məşğul olar? Ancaq belə “ciddi adam” prezident ailəsinə yaxın olan, qardaşının itkin düşməsini yaddan çıxardıb 6-7 il rahat yaşayıb, öz karyerasını fikirləşib, pul qazanıb və deputat olmaq istəyib. Ancaq belə “ciddi adam” hakimiyyətdən birinci universitetin qaytarılmasını, sonra isə itkin düşmüş qardaşı Mahirin tapılmasını istəyir. Ondan başqa hətta mən “qeyri-ciddi” adam onun “problemlərini” anlaya bildim. Ən əsas problem o özüdür. Mən materialları mətbuatda çap edəndən sonra poçt ünvanıma çoxlu məktub gəlirdi. Mənə göndərilən məlumatlarla Elşad Abdullayevin verdiyi məlumatlar kökündən fərqlənirdi. Mənim çıxartdığım nəticələr onun xeyrinə olmadı".
Müsahibənin əsas fiquru olan eks deputat Gülər Əhmədova isə “Yeni Müsavat”a açıqlamasında R.Nağıyevin iddiasına cəmi bir cümləlik reaksiya verdi: “Mən o adamların ağlına şübhə ilə yanaşıram”.
E.Abdullayevin vəkili Adil İsmayılov isə dünən sözügedən müsahibəni öz facebook profilində paylaşıb. Bu müsahibənin olduqca düşündürücü və maraqlı olduğunu, amma daha çox Nağıyev üçün belə olduğunu yazıb. Bizə açıqlamasında isə A.İsmayılov bu müsahibədə E.Abdullayevlə bağlı deyilənlərə şərh vermək istəmədi. Dedi ki, o, sabiq rektorun qardaşının oğurlanması işi üzrə vəkillik edir: “Qalan heç bir məqama mənim aidiyyətim yoxdur”.
Mövzunu davam etdirəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR