İnsanlara hürriyət, millətlərə istiqlal!

İsgəndər Həmidovun üstünə silah çəkərək həbs etdilər

1064 30.05.2013 09:41 Mətbuat bugün A A
E.Tağıyev İsgəndər Həmidovu aparan şəxslərin ya MTN-dən, ya da DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyib.
İctimai Palatanın Koordinasiya Şurası dərhal İ.Həmidovun saxlanması ilə bağlı bəyanat verib.
Bu barədə qurumun üzvü Pənah Hüseynin verdiyi məlumatda deyilir ki, Həmidovun saxlanması barədə xəbər KŞ-nin iclası zamanı daxil olub. Koordinasiya Şurası dərhal etiraz bəyanatı qəbul edib. Bəyanatda bildirilir ki, İ. Həmidovun silah tətbiq olunaraq zorakılıqla həbs olunmasından İP Koordinasiya Şurası ciddi narahat olub. İP KŞ bu hadisənin İ. Həmidovun siyasi mövqeyi və mayın 28-də Novxanıda keçirilən bayram mitinqindəki çıxışı ilə əlaqəli olduğunu bəyan edib. Eyni zamanda İ. Həmidovun həbsi demokratik qüvvələrə qarşı qorxutma aktı kimi dəyərləndirilib və repressiya faktı kimi pislənilib. İP KŞ dərhal onun azad olunmasını tələb edib.
İctimai Palatanın Koordinasiya Şurası Müsavat Partiyası başqanının müşaviri, İP üzvü Mustafa Hacıbəylinin Novxanıdakı mitinqdən dərhal sonra həbs olunması və barəsində 15 sutka həbs cəzası qərarının çıxarılması barədə də etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir ki, Mustafa Hacıbəylinin həbs olunması onun siyasi mövqeyi ilə bağlıdır. İP KŞ M. Hacıbəylinin həbs olunmasının repressiya olduğunu bəyan edib. Bəyanatda M. Hacıbəylinin azad olunması tələb edilir.
Qeyd edək ki, bir neçə saat İ.Həmidovun hara aparıldığı bilinmədi. Onun vəkili Yavər Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Daxili İşlər Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edib, lakin İ. Həmidovun harada saxlandığı barədə informasiya əldə edə bilməyib
Saat 17-də isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a bildirdi ki, onlarda İ. Həmidovun saxlandığı barədə məlumat yoxdur.
Saat 17-də İ.Həmidovun xanımı Rəna Həmidova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sabiq daxili işlər nazirinin həbs edildikdən sonra harada saxlanması barədə ailə üzvləri də heç bir məlumat ala bilmirlər.
Saxlanıldıqdan təxminən 4 saat sonra sabiq nazirin buraxılması xəbəri yayıldı. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İ. Həmidovu müşayiət edən Eldar Tağıyev verib.
E.Tağıyev bildirib ki, saat 18.20-də İ.Həmidov ona zəng edib və artıq sərbəst buraxıldığını bildirib. Sabiq nazir saxlandığı yerə, yəni Montin bağına aparıldığını bildirib və tərəfdarları xəbəri olan kimi həmin məkana yola düşüblər.
E.Tağıyev xəbər verib ki, İ. Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.
İsgəndər Həmidov deyib: “Məni zorakılıqla maşına mindirdilər, kobudluqla apardılar. Üstümə tapança çəkdilər. Gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən bir də polis idarəsində açdılar. İdarədə mənə 28 May - Respublika Günü ilə bağlı Novxanıda keçirilən bayram mitinqində etdiyim çıxışla bağlı suallar verdilər. ”Niyə o cür çıxış etmisən" dedilər. Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq. Dedilər, bu cür sözlər deyərkən kimi nəzərdə tuturdun. Sonra məni hədələyərək bildirdilər ki, bir daha mitinqə getməyim, getsəm də danışmayım. Daha sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim. Bu barədə mənə heç bir məlumat vermədilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR