İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur nəşrdən Netanyahu ilə bağlı ŞOK İDDİA: "Həbs orderi verə bilər"

664 28.04.2024 01:23 Dünya A A

"Beynəlxalq Cinayət Məhkəməsi çox güman ki, Qəzza müharibəsi ilə bağlı Netanyahu və yüksək vəzifəli İsrail rəsmiləri üçün həbs orderi verə bilər"

Musavat.com xəbər verir ki, bu barədə "The Times" yazıb.

Nəşrin yazdığına görə, baş nazir Netanyahu, müdafiə naziri Gallanta və İsrail ordusunun baş qərargah rəisinə qarşı orderlər gələn həftə verilə bilər. İsrail Qəzza zolağında 33 mindən çox insanın ölümünə və təxminən 1,7 milyon insanın didərgin düşməsinə səbəb olan hərbi əməliyyatlarına görə beynəlxalq tənqidlə üzləşib.

Netanyahu deyib ki, BCM-nin qərarları İsrailin Qəzzadakı hərəkətlərinə təsir etməyəcək və “təhlükəli presedent yaradacaq”. Qeyd etmək lazımdır ki, İsrail BCM-nin tərəfi deyil.

Musavat.com

22764aa8-dd9c-4eb7-8b2a-b059dd2d9cb4.jpg (50 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR