İnsanlara hürriyət, millətlərə istiqlal!

"90-lardan bir parça" adlı fotosərgi keçirilir - FOTOLAR

1943 08.01.2017 20:57 Mədəniyyət A A

Bu gündən etibarən açıq elan edilən  “90-lardan bir parça” adlı foto-sərgi 10 gün davam edəcək. 

Musavat.com xəbər verir ki, gənc fotoqraf Tural Hüseynin çəkdiyi fotolar sərginin adına uyğun olaraq “90’lar” book kafedə nümayiş edilir. T.Hüseynin ilk sərgisi olmasına baxmayaraq sərgini izləməyə gələnlərin sayı yetərincə çox olub. 
Müəllifin sözlərinə görə, sərgidə iştirak edənlər fotolar sayəsində 90-lara geri dönüb, həmin günləri xatırlaya bilirlər: “Sərgilənən fotolar hamıya 90-cı illəri xatırladacaq. Fotolara baxdıqda insan özünü 2017-ci ildə yox, 90-cı illərdə hiss edir. Böyük əmək sərf etmişəm və uğurlu alınacağını düşünürəm"

T.Hüseyn sərginin müddətinə də toxunub: "Fotolar 10 gün ərzində kafedə olacaq. Çünki məkan balacadır. Daha böyük məkanlara gücüm çatmadı. Bu səbəbdən hər kəsin bu fotoları görməsi üçün sərginin müddətini 10 gün təyin etdik. Fotosevərləri, fotoqrafları, sənətə qiymət verənləri sərgidə gözləyirik”.
 
Gənc fotoqraf sərgini təşkil etmə məqsədini də açıqlayıb: "Bu sərgini keçirməkdə məqsədim həmin illəri insanlara xatırlatmaqdır. Özüm də həmin illəri görə-görə böyümüşəm deyə mənə bu illər çox doğmadır. Sərginin bütün fotolarını “90’lar” book kafedə çəkmişəm. Mənim üçün bu sərginin çox böyük önəmi var. Çünki ilk sərgimdir. İlk gündən bu qədər insanın sərgimə gəlməsi mənə həm qürur, həm də daha böyük sərgilər keçirmək üçün stimul verdi. Mənə köməklik edən dostlarıma, sərgiyə gələn hər kəsə təşəkkür edirəm". 

Sərginin ilk günü çox maraqlı keçib. Onlarla fotosevər sərgiyə gələrək, fotoqrafın işləri ilə tanış olublar. İştirak edənlər sərgi ilə bağlı fikirlərini bölüşüblər: "Fotolar çox maraqlıdır. Düzdür, sayları azdır, amma yenə də 90-cı illərin havasını duymaq olur. Təbii ki, buna məkanın da təsiri var. Hər şey həmin illəri xatırladır. Fotoda olan qızlar da uyğun seçilib, çox bəyəndim". 

Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR