İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşını qəzaya uğradı, 2 sutka maşında qaldı

1404 24.01.2017 06:02 Maraqlı A A
ABŞ-ın Texas  ştatının sakini qəzaya uğradığı maşının içində 2 sutka keçirib. 

Lenta.ru saytının yaydığı xəbərə görə, ötən il 26 iyunda baş verib. 75 yaşlı Vanda Mobli ailəsinin yanına gedəndə qarşıdan gələn maşınla toqquşmamaq üçün qəfil dönüş edib və toqquşub. Nəticədə maşın uçuruma yuvarlanıb. Moblinin dediyinə görə, yoldan gedən maşınların səsini eşidirmiş, amma maşından çıxıb zəng etmək, yardım istəmək üçün gücü olmayıb. Günorta havanın temperaturu 32 dərəcəyə qədər artdığı üçün qadın maşınında qalan az miqdarda sudan qənaətlə istifadə edirmiş. Qadının axtarışı ilə ona aramsız zəng edib, cavab ala bilməyən qohumları məşğul olub. 

Bazar günü nəvəsinin həyat yoldaşı şosedə maşınla vurularaq əzilmiş bir yol nişanı görüb şübhələnib. Yol nişanından bir az aralıdakı uçurumda isə nənəsinin maşınını görüb. Hazırda 75 yaşlı qadın xəstəxanada müalicə olunur.


Selcan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR