İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçəyə atılan uşağı pişik xilas etdi

546 17.01.2017 06:18 Maraqlı A A
Rusiyada Obninsk şəhərindəki evsiz pişik dünyanın qəhrəmanın çevrilib. 

Buna səbəb onun küçəyə atılmış bir körpəni himayə edib, ölümdən xilas etməsi olub. Lenta.ru saytının xəbərinə görə, 2 aylıq körpəni yaşayış binasının zibilliyinə atan şəxslər onun möcüzə ilə xilas olacağını bilməyiblər. Belə ki, körpəni yerləşdirdikləri qutu evsiz pişiyə məxsus olub. Sibir cinsindən olan pişik isə bir neçə saat boyunca o körpəni isidib və ətrafdakıların diqqətini cəlb etmək üçün aramsız miyoldayıb. 

Nəhayət onun cəhdləri uğurla nəticələnib və yoldan keçənlər körpəni fərq ediblər. Uşaq xəstəxanaya aparılıb. Onun tam sağlam olduğu üzə çıxıb. Evin sakinləri isə pişiyi dadlı yeməklərlə mükafatlandırıblar.


Selcan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR