İnsanlara hürriyət, millətlərə istiqlal!

Manaf Ağayev “qələt edən” şəxsi üzr istəməyə məcbur etdi - məsələ başqa rəng aldı...

29632 21.08.2018 14:09 Gündəm A A

Sənətçi haqqında cinayət işi açıla bilər

Müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədovanın videosunu yayan adamı söhbətə çağırıb və diz çökdürüb. Bu barədə yenicag.az saytı məlumat yayıb. Məlumata görə, həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb.

Bu barədə adı çəkilən sayta açıqlama verən M. Ağayev qeyd edib ki, həmin qadın şəhid anası olduğu üçün onun övladını bağışlayıb:

“Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”.

Qeyd edək ki, bu günlərdə müğənni Manaf Ağayev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını xilas edərək, onu bu əməldən daşındıra bilmişdi. Şəxsi xilas etdiyi üçün təqdir olunan müğənni bu dəfə son hərəkətinə işinə görə sosial şəbəkələrdə tənqid olunub.

Bəs şəxsi bir adamı ayırdetmə söhbətinə çağırmaq, qarşısında diz çökdürüb, sonra bu haqda mətbuatda, sosial şəbəkələrdə məlumat yaymaq cinayət əməli yaradırmı?

Картинки по запросу Əsabəli Mustafayev

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Musatafayev musavat.com-a açıqlama verib. Hüquqşünas qeyd edib ki, əgər şəxs kimisə hədələyərək davaya etməyə çağırırsa, bu cinayət məsuliyyəti yaradır: “Bunu artıq araşdırmaq lazımdır ki, o şəxsi hansı hədə və təhdid ilə davaya çağırıb, məqsədinə nail olub. Yəqin ki, burada təhdidlər olub ki, digər şəxs davaya gəlib, onun qarşısında diz çöküb, yalvarışlar edib. Hesab edirəm ki, burada cinayət tərkibi var.

Əgər bu məsələdə sübut olunmasa ki, davaya çağırmaq təhdidlə, zorakılıqla olmayıb, şəxs barəsində mətbuatda informasiya yayıldığı üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər”.

“Mən heç kəsi “razborka”ya çağırmamışam, əksinə, qarşı tərəf özü məni axtarıb, tapıb”.

Картинки по запросу Manaf Ağayev

Bu sözləri isə müğənni Manaf Ağayev musavat.com-a açıqlamasında deyib. Müğənni bildirib ki, mətbuatda dərc olunan informasiyalarda yanlışlığa yol verilib: “Kim sübut edə bilər ki, mən demişəm ki, kimisə qarşımda diz çökdürmüşəm?! Mən sadəcə bildirmişəm ki, şəhid anası Mətanət xanımın qarşısında diz çökdü, biz isə ona dedik ki, “ay ana, siz niyə bizim qarşımızda diz çökürsüz, biz diz çökərik”. Çünki o qadın şəhid anasıdır. Oğlanın ata-anası onu döyürdü ki, “qələt edib”. Mən də dedim ki, sizinlə Mətanət xanım danışacaq. Mətanət xanım da dedi ki, “şəhid anasının qarşısında baş əyirəm”.

Sizcə, mən bilmirəm nə danışıram? İki diplomum var mənim.

Mən onları deyil, onlar məni tapıb xahiş ediblər ki, Mətanət xanımla yaxınsız, köməklik edin, ondan üzr istəyək. Mən də Mətanət xanımı çağırdım, danışıb, barışdılar, ayrıldılar. Yəni, qarşı tərəf özü gəlib bizi tapıb, hansı “razborka”dan söz gedə bilər? Mən niyə həmin şəxsi döyüb, özümü işə salmalıyam? Dövlətə şikayət edirsən, özü həll edir. Mənim 55 yaşım var, uşaq deyiləm ki, kimisə döyüb, polisə düşüm”.

Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosu yayılıb. Görüntüdə M.Əsədova bir neçə üzü görünməyən kişilərlə bir masada əyləşib. Həmin şəxslər içkinin təsirindən söyüş söyüblər.



Sosial şəbəkə istifadəçiləri müğənninin spirtli içki içməsini tənqid edib. Video yayıldıqdan sonra həmkarları Mətanət Əsədovanı müdafiə, görüntünü yayanı isə sərt tənqid ediblər.

Xalidə Gəray
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR