İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Paşinyanı yerdən-yerə vurdu: “Problemi o yaradıb”

3127 14.12.2018 16:52 Gündəm A A

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin təyin olunması ilə bağlı problemi Belorus yaratmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Belorus prezidenti Aleksandr Lukaşenko Minskdə, rusiyalı jurnalistlərlə görüşündə deyib. O bildirib ki, “KTMT-nin baş katibini seçə bilməməyimiz rüsvayçılıqdır”.

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın məsələyə reaksiyasına gəldikdə, Lukaşenko deyib: “Axı, bu problemi biz yox, o yaradıb”. Belorus lideri deyib ki, əgər sən müdrik insansansa, bu məsələni sakit şəkildə həll et. Lukaşenko deyib ki, Paşinyan KTMT-ni ölkəsinin daxili siyasi problemlərinə qatıb. Bu səbəbdən Belorus rəhbəri hesab edir ki, Ermənistan rəhbərliyi KTMT-nin digər ölkələrinə güzəştə getməlidir.

A.Lukaşenko bildirib ki, Belorus KTMT-də rotasiya qaydasında Ermənistandan sonra gəlir. Amma o, qeyd edib ki, mövcud vəziyyətdən narahat olub və bu mövzuda danışmaq asan deyil. Bildirib ki, sanki mən öz adamımızın KTMT baş katibi olmasına can atıram. Ardınca Belorus rəhbəri bildirib: “Yox, bu təklifi Nursultan Nazarbayev, sonra Vladimir Putin və digərləri müdafiə etdilər ki, sədrliyin Belorusa keçməsi ilə əlaqədar baş katib də Belorusdan olsun”. Lukaşenko deyib ki, Ermənistan əleyhinə olsa da, sonra razılaşıb. “Qazaxıstan prezidenti bu barədə danışdı, Nikol Paşinyan isə kəskin reaksiya verdi”. Sonda o deyib ki, təcrübəli siyasətçilər belə məsələlərdə müdriklik göstərirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR