İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: artist, yoxsa faciəvi şəxsiyyət?..

982 07.12.2021 10:25 Yazarlar A A

Belarus prezidenti Aleksandr Lukaşenko son günlərdə gündəmi təkcə Polşa-Belarus sərhədindəki miqrant problemş ilə zəbt etmədi, hərçənd ki, hamıya bu problemin süniliyi aydındır, belə ki, onun köməyilə cənab Lukaşenko öz hakimiyyətini legitimləşdirməyə, Qərbin onu tanımasına çalışır, humanist siyasi lider rolunu oynayırdı. Amma bundan əvvəl də Belarus prezident öz siyasi fokusları və qeyri-standart bəyanatları ilə diqqətdə qalmağı bacarırdı.

Bugünlərdə isə o, ümumiyyətlə, siyasətçi və dövlət adamı üçün xarakterik olan bütün sərhədləri və standartları geridə qoydu. Məsələ bundadır ki, siyasətçi o vaxt birmənalı şəkildə müharibə tərəfdarı olar ki, onun və ya müttəfiq ölkənin torpağı işğal olunar. Lukaşenko isə bugünlərdə bəyan etdi ki, Rusiya ilə Ukrayna arasında müharibə olarsa, o, Moskvanın tərəfində vuruşacaq, üstəlik, əlavə etdi ki, Rusiya prezidentinin onu Krıma dəvət edəcəyi günü səbirsizliklə gözləyir.

Biz cənab Lukaşenkonun siyasi personası haqqında çox yazmışıq. Əminik ki, onu ölkəsində sevmirlər və bunu sonuncu prezident seçkisindən sonra keçirilən aksiyaların kütləviliyi göstərdi. Belə ki, bir neçə inqilab olmuş Ukraynada belə kütləvi aksiyalar olmamışdı.

Düşünürük ki, Lukaşenko özü bunu bilir. Xatırlayırıq ki, prezident seçkilərindən sonra rusiyalı jurnalistlərlə intervü qabağı söhbət zamanı o dedi: “Deyəsən, mən hakimiyyətdə çox oldum”...

Rusiya haqqında isə danışmağa dəyməz. Orada Lukaşenkonu Belarusbaşı adlandırırlar. Ona yalnız Kremldə dözümlü münasibət göstərirlər, hansı ki, artıq bir neçə ildir ki, Lukaşenko ilə “ittifaq dövləti” qurur, hərçənd, hamıya aydındır ki, heç bir ittifaq dövləti yoxdur və bundan sonra da olmayacaq, çünki müasir Rusiya SSRİ deyil və onun imkanları arzuları ilə uyuşmur, baxmayaraq ki, SSRİ də digər xalqları və dövlətləri öz ətrafına əsasən güc vasitəsilə yığırdı. Ruslar etiraf edir ki, hətta Krım onların boğazında sümüyə dönübdü, zəif Rusiya iqtisadiyyatı onu yedirtmək iqtidarında deyil, ondan qala, böyük Belarus ola.

Biz dəfələrlə yazmışıq ki, “ittifaq dövləti” Kremlin siyasi məmurlarının və Lukaşenkonun əlində bir siyasi alətdir. Təəssüf ki, Kremldə keşmiş SSRİ haqqındakı arzuları unuda bilmirlər. Lukaşenko üçün isə bu mövzu əlverişli alətdir və onun köməyilə o, özünü Qərbdən müdafiə edir. Vaxt vardı, Qərbin ona münasibəti indiki kimi sərt deyildi. Onda Lukaşenko ittifaq dövləti haqqında az düşünür və yaxud da düşünmürdü. Ruisya isə o vaxt Belarusa qarşı özünün əsas təzyiq alətini işlədirdi, QAZPROM vasitəsilə ona təzyiq edirdi. Beləcə, Kreml borclarını tələb edir, Belarus prezidenti də özünü ora-bura vururdu ki, onu ödəsin.

Bir neçə dəfə onu Bakı da xilas etmişdi və düz də etmişdi, çünki Belarusun daxili atmosferi, Avropanın ona münasibəti və Rusiya ilə birgə oyunlar bu ölkənin öz işidir. Bizim üçün isə əsas odur ki, MDB-də və KTMT-də əlavə dəstək qazandıq.

Amma burada bir incə məqam var: nə qədər ki, Lukaşenko hakimiyyətdədir, SSRİ və yeni ittifaq dövləti haqqında söhbətlər tükənməyəcək. Minsk olmasa, Moskvanın SSRİ-ni bərpa etmək haqda planlar heç yuxusuna da girməz. Hərçənd bir daha qeyd edirik ki, bunlar da əsassız və boş xülyalardır. Bütün bunlar Lukaşenkonun və Kremlin oyunlarıdır. Belə də isə Lukaşenko tipik faciəvi şəxsiyyət və siyasi artistdir.

Amma vaxt gəlir, hətta bir nəfərin əyləncəli teatrı başa çatır. Lukaşenko ilə də belə olacaq - nə qədər fərasətli siyasi artist olsa da, gec-tez hər şeyin sonu gəlir. Beləcə, cənab Lukaşenkonun da mono-teatrının, siyasi sirkinin də sonu gələcəkdir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR