İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lufthansa" konserni Frankfurt-Bakı-Aşqabad reysini Frankfurt-Bakı-Daşkənd reysi ilə əvəz edir

562 11.12.2018 10:55 Dünya A A

Özbəkistan baş nazirinin müavini Aziz Abduxakimov Almaniyanın "Lufthansa AG" konserninin Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Ronald Şulsla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, "Lufthansa AG" konserninin Özbəkistan bazarına qayıtması ətrafında müzakirələr aparılıb.

Ronald Şuls bildirib ki, aviaşirkət Frankfurt-Bakı-Aşqabad reysini Frankfurt-Bakı-Daşkənd reysi ilə əvəz etmək niyyətindədir. Bunun üçün başlanğıc kimi bu istiqamətdə həftədə üç dəfə uçuş həyata keçirmək fikrimiz var.

Baş nazirinin müavini bu və digər məsələlərdə aviaşirkətə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib. O, vurğulayıb ki, Özbəkistanın regional aeroportlarından biri "Lufthansa" üçün Avropadan cənub-şərqi Asiya ölkələri üçün tranzit aviasiya xabı rolunu oynaya bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR