İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

4120 30.12.2016 23:29 Son xəbər A A
Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
 
“Tərəflər Suriyada dekabrın 30-da hökumət və müxalifət qüvvələri arasında əldə olunan atəşkəs razılaşmasını və danışıqlara hazırlığı müzakirə ediblər.  Nazirlər sənədin müddəalarının həyata keçirilməsi ilə bağlı kompleks məsələlərin müzakirəsini davam etdiriblər. Bütün müxalifət qruplarının atəşkəs rejiminə əməl etməsinin vacibliyi və Astana görüşü ərəfəsində konstruktiv yanaşma nümayiş etdirilməsinin vacibliyi vurğulanıb”, məlumatda qeyd olunub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR