İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürəkəni ağlayaraq dedi ki, Hadı müəllim... - Mirələmov

1558 17.04.2024 11:38 Ölkə A A

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib.

Musavat.com xəbər verir ki, onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmov Modern.az-a açıqlamasında dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:

"Dünən gecə onunla telefonda danışmışdıq. Oradan-buradan söhbət etdik. Bu gün məni yuxudan oyatdılar ki, internetdə Hadının öldüyünü yazıblar. Əvvəlcə inanmadım, dedim elə şey ola bilməz. Tez mərhumun kürəkəninə zəng elədim. Mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb. Bu adam hər gün 30-35 dəqiqə idman edirdi. Biz orta məktəbi bir yerdə oxumuşduq. 15 il Milli Məclisdə yanaşı əyləşmişdik. Bu xəbər məni çox üzdü, kövrək və yandırıcı izlərlə qalacaq xatirəmdə. O, çox qıvraq adam idi. Yeriyəndə şux yeriyirdi. Hamı ona həsəd aparırdı".

H.Mirələmov deyib ki, Hadı Rəcəbli dövlətini, vətənini sevən adam olub:

"Milli Məclisdə komitə sədri olanda hansısa nazirliyin nöqsanlarını da üzərinə götürürdü, deyirdi mənəm günahkar, mən düzgün etməmişəm. Çox vətənsevər idi. Allah rəhmət eləsin!"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR