İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO, VİDEO

5313 30.04.2024 23:47 Son xəbər A A

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

O, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. Sənətçi 27 apreldə dəfn edilib. O, qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur.//OLAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR