İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda inkassator maşınından 36 kq qızıl oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb

1512 21.01.2017 21:33 Kriminal A A
Ekvadorda Nyu-Yorkda zirehli inkassator maşınından içərisində 36 kq qızıl olan konteyneri oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu konteynerdə olan qızılın dəyəri 1,6 milyon dollardır.

Hələlik oğurlanmış qızıl tapılmayıb.

53 yaşlı Xulio Nivelo Ekvadorun qərb hissəsində saxlanılıb. Ancaq onun vəkilləri cinayət zamanı X.Nivelonun ümumiyyətlə, ABŞ-da olmadığını iddia edir.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il sentyabrın 29-da Manhetten ən hərəkətli bölgələrindən olan Midtaunda baş verib. Videogörüntülərdən aydın görünür ki, inkassator maşını bir müddət nəzarətsiz qalıb və cinayətkarlara oğurluq hadisəsini törətmək üçün cəmi 20 saniyə bəs edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR