İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə 27 yaşlı qızın qətlinin təfərrüatı məlum olub

2452 09.12.2016 19:47 Kriminal A A
Gəncə şəhərində 27 yaşlı qızın qətlinin təfərrüatı məlum olub.

Gəncə Şəhər Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə dekabrın 7-də Gəncə şəhəri, Adil xan Ziyadxanov küçəsi, bina 38, ev 70 ünvanında qeydə alınıb. '

Belə ki, qətli törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Famil Mehman oğlu Məmmədovun Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Səadət Teyyub qızı Verdiyeva ilə şəxsi münasibətləri olub. F.Məmmədov ailəsi ilə birgə yaşayan S.Verdiyevanın evində heç kimin olmadığını bildikdən sonra onlara gedib. Bir müddətdən sonra onların arasında mübahisə yaranıb. Bu zaman F.Məmmədov bıçağa əl atıb və S.Verdiyevanın boğazını kəsib. Ağır bıçaq yarası alan S.Verdiyeva hadisə yerində ölüb. Onun öldüyünü görən F.Məmmədov isə hadisə yerindən qaçıb. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində F.Məmmədov hadisədən bir gün sonra saxlanılaraq istintaqa cəlb olunub. 

Prokurorluqdan F.Məmmədovun əvvəllər hərbi xidmət zamanı da məhkum olunduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR