İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə oğurluqla məşğul olan 3 nəfər tutuldu

877 23.01.2017 03:20 Kriminal A A
Balakəndə evlərdən və avtomobillərdən oğruluq edən 3 nəfər həbs edilib.
 
Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Katex və Kortala kəndlərində bir qrup sakinin evlərinin həyətyanı sahələrindən təsərrüfat əşyaları və avtomobil ehtiyat hissələri oğurlanıb.
 
Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənlər, Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü  Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini, 1996-cı il təvəllüdlü Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini, 1994-cü il təvəllüdlü Rəsul Bahaddin oğlu İsmayılov saxlanılıb. Oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi  istintaqa təhvil verilib.
 
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR