İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tanışların mübahisəsi qanla bitdi

1045 19.01.2017 03:30 Kriminal A A
Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, Biləcəri qəsəbəsindəki Yəhya Hüseynov küçəsində 35 yaşlı Aruz Abdullayevin tanışı ilə mübahisəsi düşüb. Mühahisə zamanı həmin şəxs Aruz Abdullayevə bıçaqla bir neçə zərbə endirərək hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırlıb. 

Xəstəxanadan hadisə barədə polisə məlumat verilib. Polis əməkdaşları yaralının ifadəsini alıblar. Verilən məlumat əsasında hadisənin törədənin kimliyi müəyyən edilib. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR