İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qaynını güllələyən yeznə: “Üstümə gəldi, atdım”

2354 10.01.2016 16:15 Kriminal A A
Bakıda qaynını güllələyən yeznə hadisənin təfərrüatlarından danışıb. 

Musavat.com xəbər verir ki, Mehman Əsədov təxminən 15 gün əvvəl ailəsində münaqişə yarandığını və qaynıgilin həyat yoldaşını, eləcə də, övladlarını apardığını bildirib: “Məni polisə vermişdilər. Sonra ağsaqqalar yığışdı, bizi barışdırdılar. Üç gün keçdi. İşdən qayıdanda gördüm ki, yenə ailəmi aparıblar. Dünən zəng elədim, qayınatamla 40 dəqiqəyə yaxın danışdıq. Amma, barışmadılar”.

Mehman Əsədov bildirib ki, hadisəni törətdiyi tüfəng 5 ildir ondadır. Onun sözlərinə görə, hadisə günü böyük qayını ilə görüşüb, amma, razılığa gələ bilməyiblər. Daha sonra yeznə kiçik qayını Elnar Canatova zəng edib: “Dedi ki, mən “Eurohome”də işləyirəm, heç kim mənə heç nə eləyə bilməz. Getdim bazara. Qaranlıqda atəş açdım. Bir patronum var idi. Bilmədim harasına dəydi. Üstümə gəlirdi, atdım”.

Xatırladaq ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib, hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb.

Məmməd, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR