İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kişmiş, avokado beyinli qocalar gəncləri həvəsdən salıb, ümidlərini qırıblar" - Əlixan Rəcəbovdan ŞOK açıqlama

728 06.03.2024 17:25 Şou-biznes A A

 

"Kişmiş, avokado beyinli qocalar gənc rejissorları, aktyorları həvəsdən salıb, ümidlərini qırıb, hörmət etməyiblər, ona görə də onlar işsizdir".

Musavat.com bildirir ki, bu sözləri  aktyorluq fəaliyyəti ilə məşğul olam Əlixan Rəcəbov sosial şəbəkədə bildirib.

Əlixan Rəcəbov aidiyyəti qurumlara müraciət ünvanlayaraq qeyd edib:

“Üzümü tuturam Mədəniyyət Nazirliyinə, İncəsənət Universitetinin bütün pedaqoji heyətinə və kino fondlarına, hansılar ki, Azərbaycan kinosunun inkişafı üçün çalışırlar. 2012-ci ildə Aviasiya Akademiyasının məzunu olmuşam. İncəsənətlə əlaqəm yoxdur, həvəsdən başqa. Bir çox filmdə iştirak edib, 10-dan çox qısa metrajlı film çəkmişəm. Mənimlə paralel təhsil alan rejissorlar, aktyorlar işsizdir. Çünki kişmiş, avokado beyinli qocalar onları həvəsdən salıb, ümidlərini qırıb, onlara hörmət etməyiblər. Fikirləşiblər ki, onlar etdiyini biz gənclər edə bilmərik. Beş qat artığını edərik, yetər ki, boş-boş danışmayasınız, biz gənclərə dəstək olasınız. Siz isə danışmağı seçirsiniz.

Bizim kinonu özəl sektor ayağa qaldıracaq. Bu günə kimi adını çəkdiyim qurumlardan dəstək görməmişəm. Bundan sonra da istəmirəm. Qoyun bizə enerji içkiləri, ya da digər şirkətlər dəstək olsun, kinomuzu çəkək".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR