İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş müdafiə naziri özünə yeni iş tapdı

1237 20.03.2019 20:29 Dünya A A

ABŞ prezidenti ilə xarici siyasət məsələlərində fikir ayrılığına düşərək vəzifəsindən gedən keçmiş müdafiə naziri Ceyms Mettis özünə yeni iş tapıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, o, dünyanın ən prestijli təhsil ocaqlarından sayılan Stenford universtetinə bağlı Huver İnstitutunda çalışacaq.

İnstitut general Ceyms Mettisin mayın 1-dən etibarən təhlükəzilik siyasəti ilə bağlı məsələlər üzərində iş aparacığını xəbər edib.
Açıqlamada keçmiş müdafiə nazrinin xarici və daxili təhlükəsizlik siyasəti problemləri ilə məşğul olacağı və onun paytaxt Vaşiqntonda hərbi və milli təhlükəsizlik mövzuları üzrə ekspert kimi müxtəlif proqramlarda çıxış edəcəyi bildirilib.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampla Suriyadan geri çəkilmək barəd ziddiyətə düşən Ceyms Mettis keçən ilin dekabrında istefa vermişdi.

Hərbi dairələrdə “quduz köpək” ləqəbi ilə tanınan Ceyms Mettis 2013-ü ilin mayından 2016-c ilə qədər də bəhs olunan institutda siyasi ekspert olaraq fəaliyyət göstərib.

Ondan başqa Donald Trampın başqa bir işdən çıxardığı general, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Herbert Makmasterdə eyni qurumda işə düzəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR